BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyevdən bayram təbriki

Milli Məclisin sədr müavini Adil Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə təbrik paylaşımı edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrik deyilir:

 

“Əziz Azərbaycan xalqı və dünya müsəlmanları, Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mərhəmətin, paylaşmağın, vəhdətin mahiyyətini izah edən Ramazan ayında Allah tutduğunuz bütün orucları, etdiyiniz ibadətləri qəbul etsin. Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini hörmət və ehtiramla yad edir, Uca Yaradandan şəhidlərimizə rəhmət, ailələrinə səbir və qazilərimizə şəfa diləyirəm. Xalqımızın birliyinin və vəhdətinin əbədi, dövlətimizin qüdrətli, ordumuzun və Ali Baş Komandanımızın hər zaman müzəffər, vətəndaşlarımızın yüksək rifah halında yaşamasını arzu edirəm. Bayramınız mübarək olsun!”

Tarix: 21 Aprel 2023, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin