BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubadakı dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Qubada baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, 20 aprel 2023-cü il tarixdə saat 18 radələrində Quba rayonu, Pirvahid kənd ərazisində 1983-cü il təvəllüdlü Quba rayon sakini Allahverdiyev Xəyal Əyyub oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Pirvahid kənd arası yolda hərəkətdə olarkən yolun kənarında fərdi yaşayış evinin qarşısında dayanmış 1968-ci il təvəllüdlü Şamilov Elşən Vaqif oğluna məxsus “Toyota Land Cruiser” markalı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi törədib.


Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü Xəyal Allahverdiyev “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alının əzilmiş cırılmış yaraları, travmatik şok” diaqnozlu xəsarətlər alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, saat 23.30 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.


Faktla bağlı Quba RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov 

Tarix: 21 Aprel 2023, 12:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin