BURADA REKLAMINIZ OLA
BİLƏR

İki nəfərin öldüyü dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı

Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, 19.04.2023-cü ildə saat 19 radələrində rayon sakini, 2000-ci il təvəllüdlü Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Həsənqaya kəndi ərazisində toqquşub.


Nəticədə "VAZ-21011" markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb, "VAZ-21099" markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, "VAZ-21011" markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.


Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb.


Kamal Məmmədov 

Tarix: 21 Aprel 2023, 13:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin