Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik demokratiyanın mövcudluğunun vacib göstəricilərindəndir. Azərbaycanda hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək, hüquqlarını tələb etmək imkanı var. İnformasiya cəmiyyətinin fundamental prinsipi – söz, fikir azadlığı təmin olunmadıqca demokratiyadan, plüralizmdən danışmaq qeyri-mümkündür. Bütün bunların təminatı üçün isə ilk növbədə həmin sahəni tənzimləyən qanunların olması və bu qanunların dövlət tərəfindən qorunması lazımdır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, ölkədə söz və məlumat azadlığının qanunvericilik əsaslarını müəyyənləşdirən, tənzimləyən mükəmməl qanunlar toplusu mövcuddur:

“Bu qanunlara uyğun olaraq söz və məlumat azadlığının çox aydın, praktik modeli formalaşıb. Söz azadlığının ölkədə ən mühüm tənzimləyicisi, təbii ki, Azərbaycan qanunlarıdır. Ölkəmizdə “Media haqqında” mükəmməl qanun qəbul edilib, Konstitusiyada söz azadlığının əsasları təsbit olunub, eyni zamanda söz azadlığının qanunvericilik müstəvisində qorunması ilə həm dövlət orqanları səviyyəsində, həm də qanun normalarının köməyi ilə onun müdafiəsi həyata keçirilir. Bilirik ki, məlumat azadlığını da tənzimləyən ayrıca qanunlar mövcuddur. O cümlədən məlumat toplamaq və s. kimi kamil qanunvericilik aktlarımız var. Aydın məsələdir ki, bütün hallarda söz və məlumat azadlığını mövcud qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırmaq çətin olur. Müəyyən hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir, bunu tənzimləyən qanunvericilik aktlarının yaratdığı geniş imkanlardan heç də yetərincə istifadə etməmək təzahürlərini görürük. Amma ümumən proses qanunun normalarına və Konstitusiya əsaslarına uyğun davam edir”.
A.Quliyev bildirib ki, söz azadlığının praktiki həyata keçirilməsinin ən müxtəlif institutları artıq yaradılıb: “Bu sırada mətbuatı deyə bilərəm. Onlayn və audiovizual media orqanlarını, kitab çapını, elmi tədqiqat, araşdırma işlərini, şəxsi yazışmaların məxfiliyini də qeyd etmək olar. Hansı ki, bunlar ölkədə söz azadlığının ifadə olunmasının müxtəlif və zəngin formalarından biridir. Dövlətin müvafiq strukturları söz azadlığının inkişafı üçün yeni yaranan institut və vasitələri təşviq edir, onlara dəstək verir. Artıq rəqəmsal müstəvidə audio və videokontent materiallarının yayıldığını da müşahidə edirik. Bu da ənənəvi söz azadlığı institutlarının üzərində yaranmış ən yeni texnologiyalardır. Məlumat azadlığı ilə də bağlı praktikanın institutlaşmasının şahidiyik. Məlumat azadlğını tənzimləyən qanun normaları mövcuddur, həm də məlumat bazalarına qanunvericilik çərçivəsində sərbəst çıxış imkanları təmin olunub. Dövlət sirrlərinin qorunması ilə bağlı ayrıca qanunvericilik aktı var. Məlumatların toplanması və yayılması ilə bağlı fəaliyyət formaları qanunvericilik əsaslarında tənzimlənir. Eyni zamanda şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunub-saxlanmasını təmin edən qanunvericilik aktları mövcuddur. Ölkədə məlumat azadlığının mühüm həlqələrindən biri sayılan məlumat mənbələrinin qanun çərçivəsində açıq davranışı, məlumat yayımının sərbəstliyinin və məcburiliyinin təmin olunması kimi amillərdən də danışa bilərik. Bəllidir ki, bütün dövlət orqanlarında, şirkətlərdə qanunla yayılmasına icazə verilən məlumatların yayılması ilə bağlı məcburi normalar var. Hətta dövlət orqanları və şirkətlərdə qanuni məlumatların yayılması ilə məşğul olan ayrıca strukturların yaradılması kimi praktika mövcuddur. Nazirliklər, iri şirkətlər məlumat yayımı üzrə ayrıca strukturlar yaratmağa qanunla məcburdurlar ki, həmin orqanların fəaliyyəti ilə cəmiyyət arasında təmas, körpü qurula bilsinlər. Məlumat azadlığının təminində ilkin mənbə çox əhəmiyyətli amildir. Həmin mənbələrdən məlumatın geniş ictimaiyyətə yayılmasında isə ayrı-ayrı fərdlər, o cümlədən mətbuat, audiovizual media orqanları və s. fəal şəkildə iştirak edirlər. Bir sözlə, ölkədə söz və məlumat azadlığı həm qanunvericiliyin təkmilləşdirilməsi müstəvisində dinamik prosesdir, həm də onun praktik modeli perspektiv və inkişafyönümlüdür. Bəzi hallarda söz və məlumat azadlığından sui-istifadə hallarına rast gəlinir. Bu, çox üzücüdür. Bununla həm administrativ müstəvidə, həm də qanunvericilik müstəvisində mübarizə gedir. Eyni zamanda söz və məlumat azadlığının yaratdığı böyük imkanlardan heç də sona qədər məharətlə və tam istifadə olunmaması hallarının da şahidiyik. Bunların hər ikisi, təbii ki, nöqsan və ziyanlı təmayüllərdir. Amma bizim üçün maraqlı əsas təmayül budur ki, söz və məlumat azadlığının praktik və qanunvericilik dinamikasını özündə əks etdirən bir model artıq formalaşıb”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə bildirib ki, Azərbaycanda söz və fikir azadlığı yüksək səviyyədə qorunur:

“Bununla bağlı ölkə qanunvericiliyində çox önəmli işlər həyata keçirilib. Ümumilikdə nəzərə almaq lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qəbul edilən yeni qanun layihələri, eyni zamanda ölüm hökmünün ləğv edilməsi, mətbuat azadlığı ilə bağlı vacib qərarların verilməsi, hüquqi islahatlar prosesi ölkədə söz azadlığının güclənməsinə, məlumat əldə etmək, həmçinin informasiyaya çıxış imkanlarını daha da genişləndirdi. Əvvəlki dövrlərdə mövcud olan müəyyən qanunları əldə bəhanə edərək müxtəlif fikirlər səsləndirən insanlara qarşı ən ağır təqiblər və təzyiqlər həyata keçirilirdi. Sonrakı dövrlərdə isə bu siyasət ölkədə davam etdirildi. Bu gün ölkə əhalisinin 80%-dən çoxunun, demək olar, sosial media vasitəsilə vətəndaş jurnalistikasının bir elementinə çevrilməsi, həmçinin ölkədə internetə çıxışın bütün respublika əhalisini əhatə etməsi, “Media haqqında” yeni qanunun qəbul edilməsi və jurnalist hüquqlarının qorunması ilə bağlı atılan inqilabi addımlar fikir plüralizminin inkişafına mühüm töhvələr verir. Azərbaycanda jurnalistikanın inkişafı, jurnalistlərə dəyər verilməsi, onların hüquqlarının dövlət rəhbərliyi səviyyəsində daim yüksək səviyyədə qorunması Azərbaycanın media azadlığı sahəsində apardığı islahatların məntiqi yekunudur”.
Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığı sahəsində çox mühüm tədbirlər həyata keçirilir və bunun əyani nümunələri göz qabağındadır.

Deputat deyib ki, ölkədə mətbuat orqanları, social şəbəkələr, informasiya resursları fəaliyyət göstərirsə, bu, elə söz, fikir, mətbuat azadlığına bir sübutdur: “Bu gün hər bir mətbuat orqanı, sosial şəbəkə istifadəçisi fikirlərini aydın şəkildə bildirə bilir. Çox təəssüf ki, bəzən obyektivlikdən uzaq, böhtan, şantaj xarakterli yazılara istər ictimaiyyət, istərsə də dövlət orqanları tərəfindən müəyyən mənfi münasibət bildiriləndə bunu bizi istəməyən qüvvələr, daxildə və xaricdəki müxalifətçilər söz, mətbuat azadlığının pozulması, onlara məhdudiyyət qoyulması kimi qiymətləndirirlər. Lakin bunun heç bir əsası yoxdur. Çünki bu gün hər bir insan istər mətbuat orqanlarında, istər yığıncaqlarda, ictimai yerlərdə öz fikirlərini aydın deyə bilir. Heç kim nöqsanlara görə təqib və təhqir olunmur, cəza almır. Ancaq elə fikirlər var ki, guya bunlar cəmiyyətin ziddinə, dövlətin əleyhinədir, imicimizə, uğurlarımıza kölgə salmaqdır. Əlbəttə, belə fikirlərə qarşı nəinki dövlət orqanları, hər birimiz mübariz olmalıyıq. Bu gün Azərbaycanda bəzi mətbuat orqanları, bir çox sosial şəbəkələr istifadəçiləri yalnız insanların mənəviyyatını pozmaqla, şantaj yaymaqla, onları alçaltmaqla məşğuldurlar. Onlar insanların şəxsi həyatlarına nüfuz edir, olmazın şaiyələrini yayırlar. Bu, Azərbaycan insanının mənəvi dünyasına çox ciddi zərbədir, onun ruhdan düşməsidir, psixoloji sarsıntı keçirməsi deməkdir və yolverilməzdir. Ölkəmizin Prezidenti cənab İlham Əliyev bütün görüşlərində, iclaslarda insanlara sərbəst danışmaq, fikir söyləmək, mövcud nöqsanları demək üçün şərait yaradırsa və bu, televiziya kanallarında, sosial şəbəkələrdə geniş işıqlandırılırsa, onda hansı təqibdən, məhdudiyyətlərdən danışmaq olar? Əslində ölkə rəhbəri dəfələrlə xatırladıb ki, biz bütün hadisələrdə obyektiv mövqedən çıxış etməliyik. Ölkəni inkişaf etdirmək, problemləri aradan qaldırmaq üçün ona səbəb olan amilləri mütləq önə çəkməliyik. Hər birimiz neqativ halların aradan götürülməsi üçün mübarizəmizi əsirgəməməliyik”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
Ən son xəbərləri səhifəmizdən də izləyin