BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüquq müdafiəçisi: “Həyətində 5 bahalı avtomobili var, amma sosial yardımı da alır”

2009-cu ildə monotorinq aparanda müşahidə etmişdik ki, elə ailə var ki həyətində 5 bahalı avtomobili var, amma bir üsul tapıb ünvanlı dövlət sosial yardımı da alır. Əslində buhərəkət başqasının (bu halda kasıbın) evinə girib oğurluq etməyə bərabərdir. Amma bunu edənlər var. İndi də imkanı olanların bir qisminin 190 manatı almaq üçün fırıldağa əl atmalarına dair məlumatlar yayılır. Bu barədə dəflərlə yazmışam. Bu təkrardır.

 

1999-cu ildə ABŞ-ın Texas ştatında kasıblıq həddindən aşağı yaşayışı olan ailələrə yardım proqramlarının həyata keçirilməsini müşahidə etmişdim. Deməli yardımı kilsə verirdi. Ərazaq və tələbat malları qismində. Amma kilsəyə də pulu həm federal hakimiyyət, həm yerli hakimiyyət, həm biznes, həm də fiziki şəxslər ianə və ya qrant şəkilində verir. Proses belədir. Həfətənin müəyyən edilmiş günlərində ərazaq və gündəlik tələbat malları qablaşdırılır.İki nəfər oturub və uzun növbədə duran insanlar bir-bir yaxınlaşaraq sürücülük vəsiqəsini (o zaman ABŞ-da şəxsiyyəti təsdiq edən əsas sənəd sürücülük vəsiqəsi sayılırdı) göstərib qutuları götürüb gedirdi.Mənə maraqlı gəldi. Soruşdum ki,hansı kriteriya əsasında müəyyən edirsiz ki, bu yardımı alan kasıbdır? Cavab: Əgər onun ehtiyacı olmasa gəlib bu yardımı götürməz. Vəssalam. Yeganə kriteriya.

 

Sonra xatırladım ki, bizdə də belə dəyərlər var idi axı. İndi o dəyərlərimiz aşınıb gedib deyəsən. Ən azı bir qrup insanlar üçün.

 

Sahib Məmmədov

 

Hüquq müdafiəçisi

Tarix: 14 Aprel 2020, 18:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin