BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandan “LC Waikiki”nin saytına giriş məhdudlaşdırılıb, digərləri ilə də bağlı belə addım atıla bilərmi? - - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycandan “LC Waikiki” brendinin internet saytına giriş məhdudlaşdırılıb. Ehtimal edilir ki, Bakıda fəaliyyət göstərən “LC Waikiki” filiallarında satış azaldığı üçün onlar bununla bağlı müraciət ediblər. Nəticədə azərbaycanlı istifadəçilər üçün şirkətin saytına giriş məhdudlaşdırılıb. Digər şirkətlər də analoji addımı ata bilərlərmi?


Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, şirkətlər istənilən addımı ata bilərlər. 

 

 

”Bazar iqtisadiyyatıdır, rəqabətdir, tələb-təklif qanunudur, özləri bilən məsləhətdir. Amma mənim üçün xalqın mənafeyi, marağı daha üstündür. Əgər insanlara xaricdən sifariş verib mal almaq sərf edirsə, deməli, belə də olmalıdır. Eyni zamanda istənilən şirkət öz marektinqində xüsusi siyasət, islahatlar aparmalıdır ki, insanları cəlb etsin və onun brend mallarını Bakıdakı filiallarından da alsınlar. İnsanlar “LC Waikiki”nin məhsulunu sifariş verib üç ay sonra almaq istəyirlərsə, bu, onların seçimidir. Nəzərə alaq ki, gömrük rüsumunu 1000 dollardan 300 dollara azaltmışıq. Bundan artıq məbləğdə xaricdən mal gələndə 36% ödəniş olunmalıdır. İnsanlara imkan vermək lazımdır ki, istənilən formada alverlərini etsinlər”, - deputat bildirib. 


Aytəkin Qardaşova 

Tarix: 24 Aprel 2023, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin