BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: “Bəzi hallarda cari xərclər şişirdilir”

“Azərbaycan bu vəziyyətdən şərəflə çıxacaq, buna əminəm. Bir daha göstərəcəyik ki, addımlarımız düşünülmüş addımlardır. Pandemiyanın iqtisadiyyata təsiri qaçılmazdır, bunu görürük”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.

 

“Ona görə də hökumətə - Baş Nazirə, Maliyyə nazirinə, İqtisadiyyat nazirinə tapşırıq verirəm ki, dövlət xərclərinə yenidən baxılsın. Prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi olmalıdır. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır. Bunun nəticəsində həm ötən il, həm də bu ilin 3 ayında əlavə maliyyə vəsaiti büdcəyə daxil edilib. Rezervlər var. İnvestisiya xərclərinə, eyni zamanda cari xərclərə yenidən baxılmalıdır. Bəzi hallarda cari xərclər şişirdilir. Dövlət təşkilatlarının, şirkətlərinin cari xərcləri, əfsuslar olsun ki, şişirdilir. Şəffaflığın təmin olunması istiqamətində addımlar atılmalıdır” – dövlət başçısı qeyd edib.

Tarix: 14 Aprel 2020, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin