BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobili yüksək sürətlə idarə edən şəxsi döyənə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Nizam Lətifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə 20 avqust 2022-ci il tarixdə, saat 22 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsi, Çingiz Mustafayev küçəsi yeni yaşayış massivindəqeydə alınıb.

 

Belə ki, Nizam Lətifov işlədiyi mağazanın qarşısından həmkəndlisi, zərərçəkmiş Sirac Nəbiyevin (şərti) avtomobili yüksək sürətlə idarə etməsindən narazı olub. Daha sonra o, keçən küçəyə gələrək onunla mübahisə edib. Nəticədə Nizam Siracın sifətinə bir neçə zərbə vuraraq xuliqanlıq edib.

 

Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 25 Aprel 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin