BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəlzələdə həlak olan Şahinin məzar daşı - FOTO

Türkiyənin Malatya şəhərində zəlzələdən sonra dağıntılar altında qalaraq vəfat edən azərbaycanlı tələbə Şahin Vəliyevin məzar daşı hazırlanıb.

 

Pravda.az xəbər verir ki, tələbənin məzarı üzərinə fotosu qoyulub, sinə daşı Azərbaycan bayrağı ilə örtülüb.

 

Xatırlatma: Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışlardan sonra fevralın 14-də tapılıb.

 

Şahin Vəliyev Gəncənin Səbiskar qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd: Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

 

Sabir

Tarix: 25 Aprel 2023, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin