BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda 17 nəfər zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıldı

Lənkəranda 17 nəfər zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, 24 aprel 2023-cü il tarixdə Lənkəran rayonunun Bəliton kənd sakini Ağayev Arzuman Vəliağa oğlunun yaşadığı evdə keçirilən ad günü mərasimindən sonra sonuncu, onun ailə üzvləri və qohumları, ümumilikdə 17 nəfər şəxs “dəqiqləşdirilməmiş zəhərlənmə, ürək bulanma” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

 

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 7 nəfər şəxsin vəziyyəti yaxşı olduğundan evə buraxılıb, 10 nəfər şəxsə isə hazırda tibbi yardımlar davam etdirilməklə vəziyyətləri qənaətbəxş və stabildir. 

 

Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Kamal Məmmədov

Tarix: 25 Aprel 2023, 09:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin