BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs hökmdən narazıdır

Bakıda qətl törətməkdə təqsirləndirilən Tofiq Əlixanovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 26-na təyin edilib.

 

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, 2020-ci il oktyabrın 8-də gecə saat 02.00-da Qaradağ rayonun Müşfiqabad qəsəbəsi ərazisində Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Məqatil Zeynalovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri olan cəsədi qəsəbənin küçəsində tapılıb.

 

Bundan əlavə, M.Zeynalovun 1998-ci il təvəllüdlü həmyerlisi Murad Bəhramov ağır yaralı vəziyyətdə olub. O, Qaradağ rayon xəstəxanasına aparılıb.

 

Qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

 

Məlum olub ki, saxlanılan şəxs əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunmuş Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü T.Əlixanovdur.

 

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər arasındakı münaqişə münasibətləri müəyyənləşdirmə əsasında baş verib. Belə ki, qarşılıqlı təhqirdən sonra T.Əlixanov komendant saatı olmasına baxmayaraq, M.Zeynalovu danışmaq üçün görüşə çağırıb.

 

Buna görə də onların arasında dava böyüyüb və qətl hadisəsi baş verib.

 

İstintaq orqanı tərəfindən T.Əlixanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

 

Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayət verib. Bakı Apellyasiya Məhkəməsinin qərara əsasən, T.Əlixanovun apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 25 Aprel 2023, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin