Reklam

Gürcüstana keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı

Ağstafa rayonu yaxınlığında yerləşən "Sadıxlı" sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini poz­ma­ğa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Pravda.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Bukavazin İlkin Qərib oğlu, 2000-ci il təvəllüdlü Bədirov Kamran Cavad oğlu, 2004-cü il təvəllüdlü Bədirov Novruz Müzəffər oğlu, 2009-cu il təvəllüdlü Bu­kavazin Sevinc Qərib qızı 2015-ci il təvəllüdlü Bədirova Asya Vaqif qızı, 2015-ci il təvəllüdlü Mirzəyev Rövşən Həmid oğlu, 2016-cı il təvəllüdlü Bukavazina Mədinə Aslan qızı, və Yevlax rayon sakini 1999-cu il təvəllüdlü Bukavazina Zəminə Rəsul qızı olmaları müəyyən edilib.

 

Fakt­la bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix: 5 Noyabr 2019, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin