BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədovun partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

ReAl Partiyası keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə partiya sədri İlqar Məmmədov məlumat verib.

 

O bildirib ki, seçkidə iştirakla bağlı digər müxalifət partiyaları ilə danışıqlara hazırdır: “Hazırda mənim seçkidə iştirakımla bağlı məhdudiyyət var. Məhdudiyyətin götürülməsi ilə bağlı hüquqi prosedurları həyata keçiririk. Ümumiyyətlə, ReAl Partiyası növbədənkənar parlament seçkilərində 90-a yaxın namizədlə iştirak etmək niyyətindədir. Xalqı bu seçkilərdə aktiv olmağa səsləyirəm”.

 

Qeyd: Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisdə təmsil olunan üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Tarix: 28 Noyabr 2019, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin