BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP: Milli Məclis islahatlardan kənarda qalmamalıdır

“Cəmiyyətdə həyata keçirilən islahatlar həyatımız bir sıra sahələrini əhatə edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

 

Ə. Əhmədov deyib ki, 2019-cu ili Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.

Tarix: 28 Noyabr 2019, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin