Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıblar. Müşahidələr bunu göstərir ki, müştərilər yüksək maliyyə göstəricisi olan bankların çoxunda qeyri-peşəkar, səriştəsiz kadrlardan, aşağı xidmət səviyyəsindən tez-tez gileylənirlər. Bəs görəsən vətəndaşlar hansı banklara daha çox etibar etməlidirlər? Hansı bankların müştəriləri üçün təhlükə qaçılmazdır? Maliyyə göstəricisinin yüksək olması keyfiyyətə, müştəri məmnuniyyətinə də təminat verirmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib ki, prinsip etibarilə, burada bankların xalis mənfəətindən söhbət gedir.

“Yəni hansı banklar daha az xərcləyib, daha çox gəlir götürə bilib və nəticədə xalis mənfəətə çıxıblar? Bu, vacib göstəricidir. Təbii ki, hansı bank qazanırsa, deməli, daha etibarlıdır. Ən azından bağlanma ehtimalı yoxdur, çünki qazanır və kapitalı artır. Amma Azərbaycan şəraitində bu, o demək deyil ki, ən yaxşı mənfəəti olan banklar daha keyfiyyətlidirlər, daha yaxşı xidmət göstərirlər. Əksinə, Azərbaycanda yüksək göstəricisi olan iri bankların keyfiyyəti elə də yüksək deyil. Axı onlar bu uğuru yaxşı kadr potensialı, xidmət səviyyəsi, yüksək texnologiyaları sayəsində əldə etməyiblər. Bunlar əsasən inhisarçı banklardır, inzibati alətdən geniş istifadə edirlər. Yəni müştəri bazasının toplanması, dövlət şirkətləri, layihələri əsasən bu bankların əlindədir, buna görə də çox asan yolla pul qazanırlar. Problemli kreditlər və s. yarananda inzibati alət vasitəsilə asanlıqla müştərinin öhdəsindən gələ bilirlər. Ona görə də bu banklar üçün asandır. Asan olduğu üçün də belə banklara o qədər də güclü kadr lazım deyil. Onlara kimi rəhbər qoysan, işin öhdəsindən rahatlıqla gələcək. Belə olan halda, işin keyfiyyətinə o qədər də diqqət ayırmırlar. “Onsuz da müştərimiz çox, pulumuz çox” deyirlər. Həqiqətən də pulları çoxdur”, - ekspert bildirib.
Ə.Həsənovun sözlərinə görə, müştəri məmnuniyyətini gözləyən banklar əsasən sonradan yaranan, orta səviyyəli banklardır: “Ad çəkmirəm, çünki kiminsə anti-reklamını, yaxud reklamını etmək istəmirəm. Buna görə də ümumi danışıram. Lakin hər kəs bu ilin birinci rübü üçün bankların açıqladığı maliyyə göstəriciləri ilə bağlı cədvələ baxıb, nəticəyə gələ bilər. Təxminən, ilk dörd bankdan sonrakı banklar orta səviyyəlidir. O deməkdir ki, həmin banklar etibarlıdır, bağlanma ehtimalı yoxdur, keyfiyyət baxımından da yaxşı işləyirlər, müştəri məmnuniyyətini təmin edirlər. Adi vətəndaşı hansı bankın daha etibarlı olduğu maraqlandırmalı deyil. Onsuz da adi vətəndaşın pulu bankda 100 min manat ekvivalentində qalırsa, Əmanətlərin Sığortalanması Fondu bu pulu kompensasiya edir. Bu, daha çox sahibkarlar üçün problemdir. Çünki bağlanan bankda onların pulları bir qayda olaraq batır. ƏSF onların ləğvedicisidir, qanunsuz və qeyri-şəffaf fəaliyyətlərinə görə olan-qalan pullarının da “başına daş salır”. Sahibkarlara səslənirəm, onlara məsləhətim budur ki, orta səviyyəli banklara üstünlük versinlər. Həm etibarlıdır, həm qismən müştəri xidməti keyfiyyəti yüksəkdir, həm də belə bankların əllərində inzibati resurs yoxdur. Yəni sabah sizə qarşı inzibati resursdan istifadə edə bilməyəcək”.
Ekspertin sözlərinə görə, “orta səviyyəli banklar” deyəndə, təxminən, 10-12 bank nəzərdə tutulur: “Digərləri kiçik banklardır. Təbii ki, dediyim göstəricilər orta səviyyəli bankların da hamısına aid deyil. Yəni 10-12 orta səviyyəli bankın içində xidmət keyfiyyəti yüksək olan 5-6 bank var. Müştərilər özləri bu banklarda olanda bilirlər ki, hansının xidməti daha yaxşıdır. Bəziləri fikirləşə bilərlər ki, Əkrəm Həsənov deyir “kiçik banklar pisdir”. Yox, kiçik bankların da içində kifayət qədər xidmət keyfiyyəti yaxşı olan banklar var. Ona görə kiçik qalıblar ki, heç bir inzibati dəstəkləri yoxdur, öz gücləri ilə salamat qala biliblər. Sırf müştəri bazaları, kadr potensialı hesabına qalıblar. Kiçik bankların bağlanma ehtimalını da görmürəm. Onlar 2015-ci ildəki “fırtına"dan sonra sağ qala biliblərsə, deməli, kifayət qədər dayanıqlı banklardır. Sadəcə, əllərində inzibati resurs yoxdur, müştəri bazası elə də böyük deyil. Buna görə də çox böyüyə, mənfəətlərini artıra bilmirlər. Amma onların da içində yaxşı banklar var. Öz müştəriləri bunu yaxşı bilərlər...”
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin