BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçəyə çıxmaq qadağası uzadıldı

Hindistanın Baş naziri Narendra Modinin yeni növ koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə küçəyə çıxmaq qadağasının müddətinin uzadıldığını açıqlamasından sonra Mumbay şəhərində minlərlə insan etiraz aksiyasına başlayıb.

 

Bu barədə “HaberGlobal” məlumat yayıb.

 

Qərara əsasən, küçəyə çıxmaq qadağası mayın 3-dək uzadılıb. Qərarın açıqlanmasından sonra Maharaştra əyalətinin mərkəzi Mumbay şəhərində toplanan minlərlə miqrant etirazlara başlayıb.

 

Dəmiryolu vağzalı yaxınlığında toplanan insanlar evlərinə qayıda bilmək üçün qərara müvafiq düzəlişlər olunmasını tələb ediblər.

 

Etirazçılarla polis arasında qarşıdurma baş verdiyi də qeyd olunur.

Tarix: 15 Aprel 2020, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin