BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət qurumu Ovçular və Balıqçılar Cəmiyyətini məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi (İB) ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Bakı Kommersiya Məhkəməsinə üz tutub.


Belə ki, dövlət qurumu icarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.


İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov 

Tarix: 28 Aprel 2023, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin