BURADA REKLAMINIZ OLA
BİLƏR

Azyaşlını öldürməyə cəhd edən yeniyetmədən xəbər var

Bakıda yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun barələrindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin ilkin hazırlıq iclasının mayın 11-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə 2018-ci il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda yaşayan yeddi yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.

 

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Hadisəyə yeddi yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub.

 

Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 28 Aprel 2023, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin