BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəsul Quliyev: “Karantin rejimi sərtləşdirilməlidir”

“Hökümət koronavirus pandemiyasının yayılmasının qarşısını təcili almalıdır. Bu işi görə bilməsə, xəstəlik həndəsi silsilə ilə artacaq. Səhiyənin səviyyəsinə görə ikinci yüzlükdə yer tutan Azərbaycanın sürətli artım olarsa, virusun qarşısını effektli alması şübhə doğurur. Ona görə əgər karantin rejimini gücləndirmək lazımdırsa, bu işi görməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

 

“Hökumətin ölkədə vəziyyətin ağırlaşmasından istifadə edərək müxalifətdən kimlərəsə yalan cinayət işləri açaraq həbs etməsinə inanmıram. Bu dəqiqə hökumətin müxalifət (xüsusilə Azərbaycan müxalifəti) heç yadına düşməməlidir. Çünki virus xəstəliyinin yayılması və ölkəni tam iflic vəziyyətinə salması şəraitində (çünki bu prosesin fəlakətinə 100 faiz hökümət cavabdehdir) hansı müxalifətdən söhbət gedə bilər. Məgər ölkənin virussuz vəziyyətində hökumətin müxalifətdən kimlərisə həbs etməsi problem idi ki indi fürsətdən istifadə etsin? Bir qədər ciddi olmaq lazımdır. Hökumət təcili xaos yarada biləcək insanlara ayırdığı pulun cəmiyyətin ən kasıb təbəqəsinə verilməsini təmin etməlidir. Ac qalan insan heç bir karantin, fövqəladə vəziyyətə baxmayacaq, banklara ,ərzaq malları maqazinlərinə hücum edəcək” – R.Quliyev qeyd edib.

Tarix: 15 Aprel 2020, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin