BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Mahmudovun həbsdə olan kadrı hökmdən narazıdır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin barəsindəki hökmdən kassasiya şikayətinə verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmə hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası mayın 2-nə təyin edilib.

 

Qeyd: B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilib. Bundan başqa, onun vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb. B.Qocayev barəsində cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: B.Qocayev Eldar Mahmudovun MTN-ə rəhbərlik etdiyi dövrdə nazirliyin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 1 May 2023, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin