BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəriqaz" "Diqlas"ı məhkəməyə verdi

"Azəriqaz" "Diqlas" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, "Azəriqaz" istilik enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.

 

İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verib. Rəsmi məlumata əsasən, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilən istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

 

Kamal Məmmədov

Tarix: 1 May 2023, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin