BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncə ŞİH heykəltaraşa cavab verdi

Gəncə Şəhər İcra Hakimiyyəti (ŞİH) heykəltaraş Elxan Zeynalovun Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə hazırladığı büstün Gəncədə qoyulması barədə müraciətə imtina cavabı verilməsinə münasibət bildirib.

 

ŞİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq deyilib ki, Elxan Zeynalov Gəncə ŞİH-ə rəsmi müraciət etməyib.

 

“Vətəndaş icra hakimiyyətinin qaynar xəttinə zəng edib. Bu zaman anlaşılmazlıq yaşanıb. Vətəndaşın iddia etdiyi kimi, nə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, nə də Aparatın digər məsul əməkdaşlarından kimsə vətəndaşla danışmayıb, ona “yox” cavabı verməyib. Elxan Zeynalovla əlaqə saxladıq. Xahiş etdik ki, icra hakimiyyətinə rəsmi müraciət ünvanlasın. Yalnız bundan sonra müvafiq araşdırma aparılıb, onun müraciəti aidiyyatı üzrə cavablandırılacaq”, - açıqlamada bildirilib.

 

Aytəkin Qardaşova

Tarix: 1 May 2023, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin