BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda arvadını öldürən şəxsdən xəbər var

Abşeronda qadını qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Aynur Rzayevanın icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası mayın 8-nə təyin edilib.

 

Qeyd: Hadisə ötən ilin noyabrında Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, 28 yaşlı Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qeyd edilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla ölüdürülüb.

 

Bildirilib ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb.

 

İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub.

 

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 2 May 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin