BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı - QƏRAR

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökm əsasən Vüqar Mahmudov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

 

Hökmdə həmçinin qeyd edilir ki, V. Mahmudova məxsus əmlaklar müsadirə olunub.

Tarix: 28 Noyabr 2019, 16:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin