BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Karantin rejimi uzadılacaq

“20 aprel tarixindən sonra karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargaha təkliflər hazırlayırıq”.

 

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R. Bayramlı deyib ki, böyük ehtimalla gedişatı nəzarətdə saxlamaqla, kontrollu şəkildə karantin rejimindən çıxmaqla bağlı məsələlər bu təklifdə yer alacaq: “Tədbirlərin yenidən sərtləşməsi ehtimalını da unutmamalıyıq. Buna görə də karantin rejimindən tədricən çıxmalıyıq. Qərar təsdiqlənəndən sonra qərargah tərəfindən açıqlanacaq”.

 

R. Bayramov qeyd edib ki, eyni zamanda ən böyük təhlükə qarşıda dayana bilər: “Epidemioloji qanunauyğunluğa görə, vaksinasiya tapılmayana qədərə ölkə əhalisinin əksəriyyəti bu virusa yoluxa bilər. Bu məsələyə ən vacib, milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq”.

Tarix: 15 Aprel 2020, 17:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin