BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışları ilə birgə evlərindən 143 minlik oğurluq edən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən A.Bayramov, tanışları - N.Nəcəfov və L.Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə həmin şəxslərə şərti cəza verilib.

 

Qeyd: Hadisə 2022-ci iyulun 11-də Quba rayonunun Alekseyevka kəndindəki evlərin birində qeydə alınıb.

 

Belə ki, kənd sakini A.Bayramov, tanışları - N.Nəcəfov və L.Sərkərovla birgə evlərində olan seyfin içərisindən ümumilikdə 142 678 manat pulu oğurlayıblar.

 

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar.

 

Kamal Məmmədov

Tarix: 4 May 2023, 13:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin