BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “İdman zalında 7 yaşlı Fərid Bakarovun ölmünə səbəb olan məşqçiyə ən ağır cəza veriləcək”

“Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamımızı kədərləndirdi. Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə isə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

“Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır”, - A.Əliyev qeyd edib.

Tarix: 4 May 2023, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin