BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət taksi xidmətini nəzarətə götürür? - AÇIQLAMA

“Düşünmürəm ki, dövlət taksi xidmətini tam nəzarətə götürəcək, yaxud inhisara alacaq. Bunun mənası da yoxdur. Bu, Sovet dönəmindən qalma bir yanaşmadır. Taksi xidmətinin dövlət tərəfindən ələ alınması, dövlət tərəfindən bu xidmətin göstərilməsi doğru olmazdı”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, sadəcə, bəzi şirkətlərin bazara daxil olması taksi xidməti göstərən kiçik şirkətlərin bazardan sıxışdırılmasına səbəb ola bilər: “Məsələn, bu yaxınlarda Ukraynanın bağladığı müqavilə ilə Azərbaycan bazarına daxil olmuş şirkət digər kiçik şirkətləri bazardan sıxışdırıb çıxara bilər. Bu sahə ən çox rəqabətli olan sahələrdən biridir. Ona görə də Azərbaycanda son on ildə hər şeyin qiyməti qalxıb, təkcə taksi xidmətindən başqa. Bunun da əsas səbəbi rəqabətin güclü olmasıdır. Ən azından çalışmalıyıq ki, bu rəqabətli mühit genişləndirilsin. Bu mühiti saxlamaq lazımdır ki, əhali normal, ucuz qiymətlərlə taksi xidmətindən davamlı istifadə edə bilsin”.

 

Aytəkin Qardaşova

Tarix: 4 May 2023, 16:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin