BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseynbala Mirələmov yayılan videodan danışdı: “Naxələf adamlar həmişə olub...”

“İstər qız, istərsə də oğlan uşaqlarını beşikdə tərbiyə etmək lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat, yazıçı Hüseynbala Mirələmov “Təzadlar” TV-yə müsahibəsində bildirib.

 

“Elə tərbiyələndirilməlidirlər ki, həm sevginin, həm məhəbbətin, böyük-kiçiyin, Vətənin qədrini bilməlidirlər. Hər şey tərbiyədən asılıdır. Bəziləri elə tərbiyə olunur ki, onların ailəsini dağıtmaq mümkün deyil. Atalar deyib: biri od olanda, biri də su olmalıdır... Hər xırda şeydən, qısqanclıqdan ötrü ailə dağıtmaq olmaz. Bu, fəlakətdir”, - H.Mirələmov qeyd edib.

 

Sabiq deputat “Bir müddət əvvəl, anlaşılmazlıqdan başınıza qalmaqal gəldi. Qalmaqala qədərki dostlarınızla bugünkü dostlarınız arasında fərq yaranıbmı?” sualına belə cavab verib: “Vallah, dostlarım səmimi olub. Dostlarım indi də var, sabah da olacaq. Yad təsirlər, ünsürlər Hüseynbala Mirələmovun kimliyinə xələl gətirə bilməz. Naxələf adamlar həmişə olub. Kimin ki qəlbində riyakarlıq, yaltaqlıq var, onlar o vaxtı da özlərini göstərirdilər, indi də. Mənə lazım da deyillər, əsl dostlarım həmişə yanımdadırlar”.

 

Qeyd: 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

 

Nadir

Tarix: 5 May 2023, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin