“Baş Prokurorluğa, Ali Məhkəməyə, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişik ki, Nərmin cinayəti ilə bağlı faktları ötürək. İttiham aktının saxta, yetərsiz olduğunu göstərən faktların hamısını məktublarda qeyd etmişik. Düşündük ki, Prokurorluq imtina edər, amma etmədi. Aprelin 5-də İnam Kərimova, Məhkəmə-Hüquq Şurasına və cənab Prezidentə teleqram vurmuşuq ki, aldığımız məlumata görə, məhkəməni tez-bazar yekunlaşdırmaq istəyirlər. Məhkəmənin uzanması bizi narahat etsə də, materiallar təhlil olunur deyə dözürük. Göndərdiyimiz teleqramlara hələ ki cavab yoxdur. İstintaq dövründə şəxsən Tovuzun deputatı Arzu Nağıyevə məktub yazmışam. Deputatlar dedilər ki, məhkəmə gedir deyə işə müdaxilə edə bilmərik. Qeyri-rəsmi olaraq mən onların davranışlarından görürdüm ki, gücləri çatmır. İstintaq dövründə Qənirə Paşayeva ilə şəxsən görüşmüşük. Qənirə xanım bizim baş prokurorla görüşə bilməyimiz üçün israrla çalışdı, mənim yanımda zəng etdi, baş prokuror iclasda idi. Amma sonra, təəssüf ki, baş prokurorla əlaqə yarada bilmədiyini dedi. Artıq sözün həqiqi mənasında yorulmuşuq. O qədər dövlət qurumlarına müraciət etmişik. Evimizdə kisə-kisə məktublarla bağlı sənədlər var. Məktublara, teleqramlara xeyli vəsait xərcləmişik, amma baxmırlar. Artıq bu məktubların faydasız olduğunu, maliyyə və vaxt itkisindən başqa heç bir əhəmiyyət kəsb etmədiyini görürük”.
Bu sözləri Pravda.az-a müsahibəsində Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətlində təqsirli bilinən İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyib.
A.Süleymanov Milli Məclisin deputatlarına çağırış edib: “Bir çox qərarların verilməsində deputatların səsləri var. Bütün deputatlardan İlkinin qardaşı olaraq xahiş edirəm, bir vətəndaş kimi isə tələb edirəm ki, heç olmasa məsələ ilə maraqlansınlar. Bir maraqlansınlar ki, doğrudan da ictimaiyyəti narahat edən bu boyda məsələ nədir? Söhbət təkcə İlkin və Nərmindən getmir, bir insan taleyindən gedir. Nərminlərin taleyi ilə bağlı gələcəkdə belə hallar baş verməsin deyə məsələ ilə maraqlansınlar. İstintaq dövründə Milli Məclisin sədrinə də müraciət etmişdik. Görünən budur ki, hər deputat səsini çıxara bilmir. Cənab Prezident tapşırıq verəndə ki, cinayətin üstü açılsın, bunlar işin üstünü açmaq lazım olduğunu başa düşdülər. Amma bu, cinayətkara sərf edirmi? Yox, çünki üstü açılsa, işin bir tərəfi gəlib məmura çıxacaq. Həmin məmur da başa düşür ki, bu cinayətin üstünün açılması onun üçün çətin olacaq. Buna görə də ona qurban lazım idi ki, öz cinayətlərinin üstünü basdırsın. Bu cür də oldu. Bu məsələnin arxasında böyük bir vəzifəli şəxs var. Prezidentin tapşırığından sonra qorxub, tez-bazar saxta iş qurdular. Nərmin cinayətini törətməkdə şübhəli bilinən bir qrup məmur var ki, Tovuz rayonu səviyyəsində bunu ediblər. Açıq-aşkar görünür. Digər məmurlar isə məruzə ediblər. Yəni cinayətin üstünün açılmasını istəməyən iki qrup məmurlar var. Bir qrup cinayətdə iştirak edəndə onları himayə edənlərdir, digər qrup isə məruzə edənlərdir. Cinayətin üstünün açılması artıq onları narahat edir. Vaxtında verilən yanlış məlumata görə çox narahatdırlar”.
Aytəkin Qardaşova
1 İyun 23:47
1 İyun 22:20
1 İyun 22:18
1 İyun 22:14
1 İyun 21:38
1 İyun 20:19
1 İyun 20:05
1 İyun 19:51
1 İyun 19:03
1 İyun 18:53
1 İyun 18:50
1 İyun 18:42
1 İyun 18:34
1 İyun 18:07
1 İyun 17:56
1 İyun 17:44
1 İyun 17:38
1 İyun 16:50
1 İyun 16:42
1 İyun 16:34
1 İyun 16:04
1 İyun 15:55
1 İyun 15:14
1 İyun 14:43
1 İyun 13:53
1 İyun 13:27
1 İyun 12:15
1 İyun 10:52
1 İyun 09:51
1 İyun 09:49
1 İyun 09:47
1 İyun 09:16
1 İyun 08:31
1 İyun 08:18
1 İyun 08:15
1 İyun 08:09
1 İyun 08:06
1 İyun 08:01
1 İyun 07:56
1 İyun 01:30
31 May 23:32
31 May 22:44
31 May 22:22
31 May 22:20
31 May 22:17
31 May 22:11
31 May 22:08
31 May 21:03
31 May 21:02
31 May 21:00
31 May 20:58
31 May 20:56
31 May 18:59
31 May 18:55
31 May 18:52
31 May 17:35
31 May 17:17
31 May 16:55
31 May 16:46
31 May 16:18
31 May 16:00
31 May 15:00
31 May 14:44
31 May 14:38
31 May 14:16
31 May 13:18
31 May 13:00
31 May 12:19
31 May 12:04
31 May 11:33
31 May 10:38
31 May 10:11
31 May 09:48
31 May 08:12
31 May 08:10
31 May 08:09
31 May 08:07
31 May 08:04
31 May 08:02
31 May 08:00
31 May 07:58
31 May 07:57
31 May 07:54
30 May 23:02
30 May 22:46
30 May 22:24
30 May 20:49
30 May 20:47
30 May 20:45
30 May 20:42
30 May 20:37
30 May 20:35
30 May 20:33
30 May 20:31
30 May 20:28
30 May 20:27
30 May 20:25
30 May 20:24
30 May 20:22
30 May 20:20
30 May 18:56
30 May 18:51
30 May 18:36
30 May 18:33
30 May 18:28
30 May 18:25
30 May 18:11
30 May 18:09
30 May 18:06
30 May 17:58
30 May 17:55
30 May 17:52
30 May 17:44
30 May 17:43
30 May 17:39
30 May 17:36
30 May 17:24
30 May 17:15
30 May 16:54
30 May 16:51
30 May 16:48
30 May 16:33
30 May 16:31
30 May 16:28
30 May 16:21
30 May 16:18
30 May 16:16
30 May 16:11
30 May 16:01
30 May 15:57
30 May 15:39
30 May 15:20
30 May 15:19
30 May 15:15
30 May 14:47
30 May 14:36
30 May 14:08
30 May 13:15
30 May 13:12
30 May 13:00
30 May 12:58
30 May 12:57
30 May 12:43
30 May 12:31
30 May 12:30
30 May 12:24
30 May 12:22
30 May 12:19
30 May 12:16
30 May 12:13
Ən son xəbərləri səhifəmizdən də izləyin