BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank dollarla bağlı məlumat yaydı

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

 

Mərkəzi Bankdan Pravda.az-a verilən məlumatına görə, hərracda dollara tələb aprelin 14-nə nisbətən 3,5 milyon ABŞ dolları və ya təxminən 6,2% azalaraq 53 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Tarix: 16 Aprel 2020, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin