BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xaliq Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin noyabrında Tovuz rayonunda qeydə alınıb.

 

Belə ki, ittiham aktına görə, 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov şəxsi münasibətlər zəmnində keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ramilə Rüstəmovanı bıçaqla qətlə yetirməsində şübhəli bilinib.

 

X.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

 

Kamal Məmmədov

Tarix: 8 May 2023, 14:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin