BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gilan Holdinq”in əməkdaşlıq etdiyi şirkətdə nə baş verir? - FOTO

“Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməkdaşlıq etdiyi "URBN Limited" MMC işçilərin narazılığına səbəb olacaq addım atıb.

 

Pravda.az-a verilən məlumata görə, şirkət rəhbərliyinin göstərişinə əsasən işçilər ödənişsiz məzuniyyətə buraxılır. Bunun üçün onlara “Gilan Holdinq”in baş direktoru Cəmil Muradovun adına ərizə yazdırılır. Şirkətin işçilərinə bildirilib ki, indiyədək məzuniyyətdə olduqlarına görə ödəniş ediləcək, bundan sonrakı müddətdə, yəni koronavirus pandemiyasına görə karantin rejimi davam edəcəyi dövrə qədər ödəniş edilməyəcək.

 

İşə yeni düzələnlərə isə (2-3 ay əvvəl işə düzələnlər nəzərdə tutulur -red) isə heç bir ödəniş edilməyib.

 

Qeyd olunub ki, şirkət bu cür sərt addımlar atsa da, heç bir ixtisara yol verməyib.

 

Şirkət hazırda Bakıdakı Dəniz Vağzalı yaxınlığında "Aypara Sarayı" (Crescent Palace), "Aypara şəhərciyi" (Crescent City) və "Aypara oteli"indən (Crescent Otel) ibarət iri kompleksdə işi dayandırıb. "Aypara Sarayı"nın hündürlüyü 57,2 metr təşkil edir. Bu bina 32 mərtəbədən ibarətdir. Burada 128 modern yaşayış mənzili yerləşəcək. "Aypara oteli"nin hündürlüyü isə 166,6 metrdir. Otel binasının 36 mərtəbəlidir. Bu layihədə ən yüksək mərtəbəli bina isə "Aypara şəhərciyi"dir - 203,8 metr. Bu bina 41 mərtəbəlidir və burada yalnız ofislər yerləşəcək.

 

Prezident İlham Əliyev şirkət rəhbərlərinə tövsiyə edib ki, heç bir ixtisara yol verməsinlər, işçilərin ödənişli məzuniyyətlərini təmin etsinlər. İşçilər şirkət rəhbərliyinin Prezidentin verdiyi tövsiyəyə əməl edəcəyinə ümidlidirlər.

 

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq mümkün olmayıb. Mövqelərini dərc etməyə hazırıq...

Fotoları təqdim edirik
Tarix: 16 Aprel 2020, 16:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin