BURADA REKLAMINIZ OLA
BİLƏR

“May ayında...” - Prezidentin köməkçisi

“Digər ökələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı olaraq prioritet müəyyənləşdiriləcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: “Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqədərinin bərpası nəzərdə tutulmur”.

Tarix: 16 Aprel 2020, 17:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin