BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda tanışını bıçaqlayan Vətən müharibəsi iştirakçısına hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 2000-ci il təvəllüdlü Sənan Haqverdiyev (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 27 mart 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri, Nərimanov küçəsi, 6-cı məhəllə ərazisində yerləşən “Bələdiyyə” parkında qeydə alınıb.

 

Belə ki, Sənan Haqverdiyev parkda təsadüfən onunla üzbəüz gələn tanışı, zərərçəkmiş Ömər Qafarzadəni (soyadı şərti) görüb. O, zərərçəkmişdən barəsində tanışlarının yanında arxasınca nalayiq ifadələr işlətməsinin səbəbini soruşub. Ömər isə yenidən onun ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Sənan üzərində gəzdirdiyi cib bıçağı ilə Ömərin döş qəfəsinin sol yarısına bir dəfə zərbə vuraraq ona xəsarət yetirib.

 

Məhkəmədə Sənan Haqverdiyev elan olunmuş ittihamda özünü tam təqsirli bilib. O deyib ki, Vətən müharibəsində könüllü olaraq iştirak edib, “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

 

Kamal Məmmədov

Tarix: 10 May 2023, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin