BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev: “Koronavirusun yenidən ölkəmizə idxal olunması baş verə bilər”

"Xüsusi karantin rejimi ilə bağlı hazırda proseslər kompleks şəkildə təhlil edilir".

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, təhlilin nəticəsi olaraq karantin rejiminin bu vəziyyətdə davam etdirilməsi və ya davam etdirilərsə, hansı qaydada olacağı barədə məlumat veriləcək: "Nəzərə almaq lazımdır ki, Azərbaycanda koronavirusla bağlı vəziyyətin müsbət dinamikada dəyişməsi bunun bütün dünyada belə olması demək deyil. Hazırda dünya ölkələrində infeksiyanın alovlanmasını görürük. Ona görə də virusun yenidən ölkəmizə idxal olunması baş verə bilər. Hazırda ölkə daxilində, həm region, həm də qlobal formada vəziyyətin araşdırılması davam edir".

Tarix: 16 Aprel 2020, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin