BURADA REKLAMINIZ OLA
BİLƏR

“HB Güvən” klinikasının həkim köməkçisi qəza törətdi - CƏZA

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Həbib Alıyevin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti qismən təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, Həbib Alıyevin 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

 

İttihama görə, paytaxtın Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi ilə Məmməd Araz küçəsi istiqamətində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Həbib Alıyev sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz C180” minik avtomobillə hərəkətdə olan zaman “Toyota Prius” markalı maşının qabaq sağ hissəsi ilə toqquşub. Nəticədə “Toyota Prius”un sərnişin olan 1968-ci il təvəllüdlü N.N. (ad, soyadı şərti) xəsarətlər alaraq ölüb.

 

Daha sonra Həbib Alıyev barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Həbib Alıyev “HB Güvən” klinikasında həkim köməkçisi vəzifəsində çalışır. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntiqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Kamal Məmmədov

Tarix: 10 May 2023, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin