BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə arvadını öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahəddin Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.

 

Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

 

Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

 

Kamal Məmmədov

Tarix: 10 May 2023, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin