BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamalda səki zəbt edildi – FOTO

Bakının Yasamal rayonunda, “Yeni Yasamal” adlanan ərazidə “Bizm market” istiqamətində piyadalar üçün nəzərdə tutulan səki zəbt edilib.

 

Pravda.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, piyadalar bu səbəbdən avtomobil yoluna çıxmalı olurlar.

 

Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət ediləcək.

 

Xatırlatma: Prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edən zaman çıxışında tikinti şirkətlərinin rəhbərlərinə sərt xəbərdarlıq edib.

 

“Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq" - dövlət başçısı qeyd edib.

 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur.

Fotoları təqdim edirik
Tarix: 16 Aprel 2020, 20:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin