BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sabiq polis əməkdaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə Mingəçevir şəhər sakini, əvvəllər polis orqanlarında çalışmış Elbrus Əmiraslanovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Elbrus Əmiraslanov qisas məqsədi ilə həmyerlisi və qohumu olan Sevda Şəfiyevanın oğlu Rüstəm Məmmədovun qəbri üzərində zorakılıq edərək qəbirin üstünə çıxaraq orda gül səbətini və məzarın sinə daşının üstündə olan mərmər gülqabıları təpikləyərək kənara atıb sındıraraq qəsdən qəbir üzərində təhqiredici hərəkətlər edib.

 

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cinayət cəzasına məhkum olunub. Elbrus Əmiraslanov Mingəçevir Şəhər Məhkəməsinin həmin hökmündən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 11 May 2023, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin