BURADA REKLAMINIZ OLA
BİLƏR

Mühafizəçi qəza törətdi - CƏZA

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Qayıb Qayıbovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilib.

 

İttihama görə, paytaxtın Binəqədi rayonu, Pirşağı-Novxanı yolu ilə Novxanı qəsəbəsi istiqamətində qeydə alınıb.

 

Belə ki, 1975-ci il təvəllüdlü Qayıb Qayıbov özünə məxsus “Hyundai” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsi yolun sol kənarına çıxıb. Bu zaman maşın daşdan tikilmiş maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin M.M. (ad, soyadı şərti) bədən xəsarətləri alıb.

 

Daha sonra Qayıb Qayıbov barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntiqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Xatırlatma: Qayıb Qayıbov Səhiyyə Nazirliyinin qurumlarının birində mühafizəçi vəzifəsində çalışır.

 

Kamal Məmmədov

Tarix: 11 May 2023, 08:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin