BURADA REKLAMINIZ OLA
BİLƏR

“Al Market”ə basqın edən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Xətai rayonunda “Al Market”ə silahla basqın edən 1991-ci il təvəllüdlü Orxan Bayramovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, oğurluq məqsədi ilə mağazaya daxil olan O.Bayramov kassadakı 1200 manat pulu oğurlamağa cəhd edib. Hadisə yerindən qaçmaq istəyərkən mağazanın müdir müavini onun qarşısını kəsərək pulları geri almağa çalışıb. Bayramov üzərindəki bıçaqla mağazadakı işçiləri hədələyib. Münaqişənin sonunda işçilər O.Byramovdan pulları almağa müvəffəq olublar. O, 1200 manatdan yalnız 5 manat götürə bilib və hadisə yerindən qaçıb.

 

Məhkəmədə dindirilən zaman məlum olub ki, təqsirləndirilən şəxs narkotik almaq üçün mağazadan pul oğurlamaq istəyib.

 

O.Bayramov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 11 May 2023, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin