BURADA REKLAMINIZ OLA
BİLƏR

"Renault" ağaca çırpıldı, sürücü öldü

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, rayonunun Şahverdilər kəndində "Renault" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix: 28 Noyabr 2019, 19:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin