BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha iki siyasi partiya qeydə alındı - Azərbaycanda

Azərbaycanda daha iki siyasi partiya qeydə alınıb.

 

Ədliyyə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

 

Bununla bağlı, aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.

Tarix: 16 Aprel 2020, 23:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin