Ən son xəbərləri səhifəmizdən də izləyin

Loading...

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəzər Lənkəran 42” ilə bağlı qərar verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

İclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

 

30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçusu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.

 

Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Tarix: 12 May 2023, 17:39   
Xəbər lenti
Çox oxunanlar