BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Bakının bir müddətlik insanlardan dincəlməsinə sevinirəm” - VİDEO

Bakı onun sakinlərinin ən çox sevdiyi, sevdiyi qədər də ən çox incidiyi şəhərdir. Bakı haqqında deyilən ən gözəl ifadəni - Bakıda yaşamaq çox çətindir, Bakısız yaşamaq isə ondan da çətindir - deyərdim. Bu gün Bakının bu videosundan gördüyüm tənhalığına üzülsəm də, onun bir müddətlik insanlardan dincəlməsinə, havasının təmizlənməsinə sevinirəm, çünki Bakıya gəldiyim 1989-cu ildən onun hər ağacı üçün sanki doğmam kimi mübarizə apardım. Əminəm ki, hər birimiz karantin günlərində sinə dolu nəfəs alıb Bakının bu günlər müşahidə etdiyimiz təmiz havasından zövq alırıq. Gəlin Bakımızı öz doğma evimiz sayıb onun hər ağacını, hər abidəsini öz balamız kimi qoruyaq! Əminəm ki, hamılıqla şəhərimizin yaşıllıqlarını qoruyub günü-gündən artırsaq, hər guşəsinə öz evimiz kimi yanaşıb zibilləməsək bu təmiz havanın, göz oxşayan təmiz küçələrin ancaq karantin günlərində şahidi olmayacayıq.

 

Aslan İsmayılov

 

Hüquqşünas

 

Tarix: 17 Aprel 2020, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin