BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə içməli su Azərbaycandakından 7 dəfə bahadır - RƏSMİ

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "Vətəndaş soruşur ki..." rubrikasının qonağı olub. Qurum rəsmisi sosial şəbəkədə ona gələn bütün suallara cavab verib. Anar Cəbrayıllıya ən çox sual su sayğacları ilə bağlı olub. Vətəndaşlar iddia ediblər ki, sayğaclar quraşdırılarkən onlardan pul istənilir.

 

Sayğac və kod pulludurmu? sualına Anar Cəbrayıllı belə cavab verib: "Xeyr, pullu deyil. Azərsu ASC tərəfindən layihə və texniki şərtə uyğun su çəkilir. Sayğac da, kod da ödənişsiz quraşdırılır. Sadəcə olaraq Bakıətrafı massivlərdə böyük bir problem var ki, sudan qeyri-qanuni yolla istifadə edirlər. Kobud şəkildə desək oğurluq edirlər. Belə olan halda əgər biz bunu təsdiq edəriksə, həmin abonentin su təsisatını dayandırırıq. Dəymiş ziyanı hesablayarıq və ziyanı ödədikdən sonra abonentə yeni sayğac quraşdırırq, kod təyin edirik. Yəni həmin pul sayğacın deyil, həmin vaxta qədər qanunsuz istifadə edilən suyun puludur".

 

Başqa bir sual isə belə olub: "Əvvəllər bir məhsulun qiymətini soruşanda deyirdilər "su qiymətinədir". İndi isə deyən yoxdur. Çünki su çox bahadır. Bu nə üçün belədir?

Anar Cəbrayıllı bu suala cavabında deyib ki, su baha deyil: "Mən sizinlə razı deyiləm. Bu gün Azərsu ASC-nin əhaliyə satdığı su maya dəyərindən üç dəfə ucuzdur. Tam səmimi etiraf edirəm ki, bu gün regionda ən baha başa gələn lakin ən ucuz satılan su bizimdir. Biz MDB məkanıyla, qonşu Türkiyə ilə müqayisə etmişik və su kifayət qədər əlçatandır. Cənab prezident İlham Əliyev xüsusi ilə vurğulayıb ki, içməli su sektoruna qoyulan investisiyalar geri qayıtmayan, sosial investisiyalardır. Bu sirr deyil ki, "Azərsu ASC" ziyanla işləyən bir təşkilatdır. Bir göstəricini müqayisə edək ki, Türkiyədə verilən su bizə nisbətdə yeddi dəfə bahadı". Anar Cəbrayıllı eyni zamanda canlı yayım zamanı əlaqə nömrəsini də deyib."Vətəndaş soruşur ki..." rubrikasının tam versiyasını təqdim edirik:Azxeber.com

 

Tarix: 28 Noyabr 2019, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin