Son dövrlər marketlərdə təhlükəsizlik məsələsi ciddi müzakirə mövzusudur. Xüsusilə iri supermarketlərdə içəri çanta ilə daxil olmağa icazə verilməsə də, əşyaların təhlükəsizliyi təmin edilmir. Bir çoxumuz marketlərin girişində əşyaların saxlanılması üçün nəzərdə tutulan rəflərin əksəriyyətində açar olmaması halları ilə, yəqin ki, rastlaşmışıq. Müştərilər mühafizəçilərə etibar edib, qapısı açıq rəflərə əşyalarını qoyub içəri keçsələr də, mühafizələr nəzarəti tam təmin etmirlər. Bu isə bəzi fürsətcillərin işinə yarayır. Elə bu səbəbdəndir ki, marketlərdə oğurluq halları artıb.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib ki, bu məsələdə qarşılıqlı anlaşma mühüm rol oynayır.
O bildirib ki, iri market şəbəkələri öz fəaliyyətlərini tənzimləyən Əsasnamə, Nizamnamə tələblərinə uyğun daxili təhlükəsizlik qaydalarının təmin olunmasını təsdiq etməlidirlər: “Marketlərin də ehtimalları buna söykənir ki, müştəri çanta ilə içəri daxil olanda çantaya sığa bilən əşyaların oğurlanması faktları ola bilər. Bu, bütün dünyada belədir. Yaponiya, Çin, böyük Avropa ölkələri ilə müqayisə edəndə, hələ bizdə vəziyyət kifayət qədər yaxşıdır. Amma bu məsələdə vətəndaşlar da seyrçi mövqedə olmamalıdırlar. İri supermaketlərin mühafizəçiləri də öz vəzifə funksiyalarına uyğun fəaliyyət göstərsələr, daha yaxşı olar. Əşyaların saxlanılması üçün nəzərdə tutulan rəflərin təhlükəsizliyinin təmin olunması baxımından açarlar olmalıdır, nömrələnməlidir. Məsələn, vətəndaş 49 nömrəli rəfə əşyasını qoyanda açarını götürür, nömrəni yadında saxlayır, bilir ki, əşyası hansı rəfdədir. Təhlükəsizlik təmin olunmayanda, təbii ki, ciddi mübahisələr yaranacaq. Bu da hüquqa zidd əməllərə gətirib çıxaracaq. Bütün bunların baş verməməsi üçün vətəndaşlar da öz hüquqlarını ciddi şəkildə bilməli, onu qorumalı, hüquqlarından istifadə qaydalarını bilməlidir. Qarşı tərəfdə təhlükəsizliyə cavabdeh olan şəxslər də mütləq mənada vəzifələrini yerinə yetirməlidirlər. Öz işlərini elə qurmalıdırlar ki, vətəndaş onların tələblərini anlamalıdır. Marketlərin tələbləri düşüncəyə, təfəkkürə ziddirsə, təbii ki, qanuna da ziddir. Əks halda hətta iş məhkəməyə qədər gedib çıxa, istintaq üçün kifayət qədər imkanlar yarana bilər. Ona görə də bu məsələdə qarşılıqlı anlaşma lazımdır”.
Ş.Əliyev deyib ki, bəzi marketlərdə heç əşyaların saxlanılması üçün qapalı rəflər yoxdur: “Vətəndaş üçün də çantasını marketdə daşımaq, əlidolu geri qayıtmaq arzuolunan deyil. Bu, onun üçün əziyyətdir. Mən də belə hallarla rastlaşmışam. Bəzi marketlərdə heç əşyaların rəfə qoyulub-qoyulmamasına əhəmiyyət vermirlər. Amma oğurluq faktlarının olma ehtimalı var. Vətəndaş əşyasını açarı olmayan rəfə qoysa, əlbəttə, nəzarət olmadığı təqdirdə əşyaların oğurlanması ehtimalı güclüdür. Bəzən iri supermakert şəbəkələrində faktiki olaraq giriş-çıxışa nəzarəti gücləndirmək o qədər də mümkün olmur. Alıcı axını çox olur. Xüsusən işdən sonra, yaxud bayram günlərində. Nəzərə alsaq ki, ”Bravo", “Bazarstore”, “Rahat”, “Bol market”, “Araz” kimi marketlərdə istirahət, bayram günləri, gün ərzində işdən sonra alıcı axını hədsiz çox olur. Bu baxımdan vətəndaş məmnunluğunu da təmin etmək üçün ütləq mənada super marketin məsul şəxsləri öz işlərini düzgün qurmalıdırlar. Diqqətli, ayıq-sayıq olmalıdırlar ki, təəssüfedici nəticələr yaranmasın”.
Aytəkin Qardaşova
26 Aprel 20:15
26 Aprel 20:12
26 Aprel 19:18
26 Aprel 19:16
26 Aprel 19:14
26 Aprel 19:10
26 Aprel 17:43
26 Aprel 17:26
26 Aprel 17:13
26 Aprel 17:04
26 Aprel 16:37
26 Aprel 15:17
26 Aprel 15:12
26 Aprel 14:01
26 Aprel 13:58
26 Aprel 13:34
26 Aprel 13:18
26 Aprel 13:15
26 Aprel 13:13
26 Aprel 13:12
26 Aprel 13:10
26 Aprel 12:27
26 Aprel 12:00
26 Aprel 11:41
26 Aprel 11:28
26 Aprel 11:26
26 Aprel 11:02
26 Aprel 10:57
26 Aprel 10:36
26 Aprel 10:16
26 Aprel 09:44
26 Aprel 09:40
26 Aprel 09:37
26 Aprel 09:15
26 Aprel 09:14
26 Aprel 09:08
26 Aprel 09:07
26 Aprel 09:05
26 Aprel 09:03
26 Aprel 09:01
26 Aprel 08:44
26 Aprel 08:43
26 Aprel 08:41
26 Aprel 08:38
26 Aprel 08:34
26 Aprel 08:13
26 Aprel 08:06
26 Aprel 07:03
26 Aprel 07:02
26 Aprel 07:00
26 Aprel 06:57
26 Aprel 06:55
26 Aprel 06:54
26 Aprel 06:53
26 Aprel 06:51
26 Aprel 06:27
26 Aprel 00:03
25 Aprel 23:27
25 Aprel 23:24
25 Aprel 23:20
25 Aprel 22:38
25 Aprel 22:34
25 Aprel 21:31
25 Aprel 21:24
25 Aprel 21:12
25 Aprel 20:57
25 Aprel 20:55
25 Aprel 20:54
25 Aprel 20:49
25 Aprel 20:47
25 Aprel 20:43
25 Aprel 20:29
25 Aprel 19:42
25 Aprel 19:39
25 Aprel 19:38
25 Aprel 19:36
25 Aprel 19:11
25 Aprel 18:09
25 Aprel 18:07
25 Aprel 18:00
25 Aprel 17:42
25 Aprel 17:39
25 Aprel 17:37
25 Aprel 17:35
25 Aprel 17:34
25 Aprel 17:21
25 Aprel 17:18
25 Aprel 17:07
25 Aprel 16:59
25 Aprel 16:56
25 Aprel 16:53
25 Aprel 16:36
25 Aprel 16:21
25 Aprel 16:20
25 Aprel 16:19
25 Aprel 16:18
25 Aprel 16:17
25 Aprel 16:16
25 Aprel 16:15
25 Aprel 16:14
25 Aprel 16:10
25 Aprel 16:08
25 Aprel 16:07
25 Aprel 15:56
25 Aprel 15:54
25 Aprel 15:48
25 Aprel 15:47
25 Aprel 15:45
25 Aprel 15:42
25 Aprel 15:31
25 Aprel 15:16
25 Aprel 15:15
25 Aprel 15:04
25 Aprel 15:01
25 Aprel 14:59
25 Aprel 14:54
25 Aprel 14:52
25 Aprel 14:49
25 Aprel 14:48
25 Aprel 14:46
25 Aprel 14:43
25 Aprel 14:34
25 Aprel 14:27
25 Aprel 14:23
25 Aprel 13:31
25 Aprel 12:36
25 Aprel 12:25
25 Aprel 11:02
25 Aprel 10:57
25 Aprel 10:55
25 Aprel 10:48
25 Aprel 10:28
25 Aprel 10:25
25 Aprel 10:21
25 Aprel 10:20
25 Aprel 10:18
25 Aprel 10:09
25 Aprel 09:56
25 Aprel 09:43
25 Aprel 09:39
25 Aprel 09:11
25 Aprel 09:05
25 Aprel 08:50
25 Aprel 08:42
25 Aprel 08:35
25 Aprel 08:34
25 Aprel 08:28
25 Aprel 08:26
25 Aprel 08:23
25 Aprel 08:19
Ən son xəbərləri səhifəmizdən də izləyin