BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını döyərək öldürən şəxslə bağlı qərarı açıqladı

Bakı Apellyasiya Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1991-ci təvəllüdlü Həsən Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı tanışı, 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun bədəninin müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Daha sonra yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Nəticədə Hüseyn Hüseynov almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Həsən Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 17 May 2023, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin