BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dələduzluq edən ər-arvadın yenidən məhkəməsi başladı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə keçmiş deputatın anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənın növbəti iclası mayın 23-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. L.Abdullayeva məhkəmə zalından həbs edilib.

 

Qeyd: İş üzrə 5 zərəçəkmiş var.

 

Təqsirləndirilən şəxslərin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.

 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

Kamal Məmmədov

Tarix: 17 May 2023, 08:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin